Xəbər lenti

Dünya 13:33 22.11.2017

Hərbi təyyarə qəzaya uğradı, 11 nəfər itkin düşdü

ABŞ donanmasına aid hərbi təyyarə Yaponiya sularında qəzaya uğrayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təyyarə Sakit okeandan Ronald Reyqan havalimanına gedərkən qəzaya uğrayıb. 11 nəfərin itkin düşdüyü bildirilir.

Axtarış-xilasetmə tədbirlərinə artıq start verilib. 

Qeyd edək ki, avqust ayında ABŞ-a aid hərbi gəmi Sinqapurda neft tankeri ilə toqquşmuş, nəticədə ordunun 10 üzvü həlak olmuşdu.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->