Dünya 17:58 15.11.2017

Həriri ölkəsinə qayıdır

Livanın istefa vermiş baş naziri Səad Həriri "Twitter" hesabından açıqlama verərək ölkəsinə qayıdacağını deyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, sabiq baş nazir 2 gün ərzində ölkəsinə qayıdacağını bildirib.

4 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Riyadda istefa vermiş Həriridən bir müddət xəbər almaq mümkün olmamış, daha sonra isə o şübhəli açıqlama və addımlarla yadda qalmışdı. Rəsmi Livan baş nazirin Səudiyyə tərəfindən zorla tutulduğunu, istefaya məcbur edildiyini bildirmiş, Həririnin ölkəsinə qayıtmasının əsir saxlanılmadığına sübut ola biləcəyini demişdi. 

Gülşən
Qaynarinfo.Az