İdman 10:26 28.03.2024

Hermosonu öpən prezident həbs oluna bilər

İspaniya Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales qadınlar arasında keçirilən dünya çempionatının finalında ispanlar qalib gəldikdən somnra Cenni Hermosonu dodaqlarından öpməklə böyük müzakirələrə səbəb olmuşdu.

Qaynarinfo-nun məlumatına görə,  nəticədə FİFA-dan uzaqlaşdırılan Rubiales bu dəfə həbs cəzası riski ilə üzləşib. Böyük əks-səda doğuran bu addımdan sonra prezidentlik vəzifəsindən uzaqlaşdırılan ispan funksioner üçillik qadağa  ilə üzləşib. Hadisələrdən sonra mühakimə olunan sabiq prezident üçün rekord cəza gözləntiləri yaranıb.

Rubialesin iş materiallarında ondan 2,5 il həbs istəniləcəyinə dair məlumatların olduğu iddia edilib. Məlumata görə, prokuror həmçinin millinin sabiq baş məşqçisi Xorxe Vildaya qarşı ittihamlar yönləndirib. Vildadan başqa, yığmada və federasiyada olan bir çox adlara da ittihamlar ünvanlanıb.

Səbəb kimi Rubialesin Hermosoya öpüşünün "razılıq əsasında" olduğunu bildirərək təzyiq etməsi göstərilib.

Səbuhi Həsənov