Dünya 17:29 14.11.2019

Rusiyada rus dilinə "iyrənc" deyən azərbaycanlı alimdən üzr istədilər

Rusiya Ali İqtisadiyyat Məktəbinin etika komissiyası Azərbaycan əsilli professor Həsən Çingiz oğlu Hüseynovdan üzr istəyib.

Qaynarinfo Rusiya KİV-inə istinadən xəbər verir ki, komissiya H.Hüseynova onunla əlaqədar xüsusi iclasın keçiriləcəyi barədə xəbərdarlıq etmədiyi üçün üzrxahlıq edib. Təhsil müəssisəsi daha əvvəl Həsən Hüseynovun ötən günlərdə rus dili ilə əlaqədar səsləndirdiyi qalmaqallı fikirlərin məktəbin imicinə zərər vurduğunu bəyan etmişdi. 

H.Həsənov "Facebook"da müasir dövrdə istifadə olunan rus dilini tənqid etmiş, bərbad və iyrənc adlandırmışdı. Sosial şəbəkə professorun bu fikirlərin səsləndirdiyi postu silib. 

Azərbaycan əsilli professorun açıqlamasından sonra o, ciddi tənqidlərə məruz qalmış, rus dilini təhqir etməkdə ittiham olunmuşdu. H.Həsənov səsləndirdiyi mövqe ilə bağlı danışaraq üzr istəməyəcəyini, çünki təhqirə yol vermədiyini, hazırkı dövrdə istifadə olunan rus dilinin bərbad vəziyyətini tənqid etdiyini açıqlayıb.

Gülşən