Xəbər lenti

Hindistan-İran-Ermənistan dəhlizi nə vəd edir? (ŞƏRH)
Dünya 16:45 13.05.2024

Hindistan-İran-Ermənistan dəhlizi nə vəd edir? (ŞƏRH)

"Hindistanın təklif etdiyi layihə əlverişsiz, iqtisadi cəhətdən səmərəsiz və uğursuzdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Hindistanla İram arasında imzalanması gözlənilən Çabahar layihəsinin perspektivlərindən danışarkən deyib.

"Çin öz məhsulları üçün "Bir kəmər, bir yol" düsturunu tapdığı kimi, Hindistan da öz məhsullarının İran üzərindən keçərək, Qərbə daşınmasında maraqlıdır. Bir müddət əvvəl Hindistan yeni dəhlizin təşkili təklifini irəli sürüb. Bu dəhliz Hindistan-İran-Ermənistan üzərindən Avropa və ya Rusiyaya çıxışı nəzərdə tuturdu. Amma bu təklif absurddur. Çünki Azərbaycanın iştirakı olmadan belə bir layihələrin gerçəkləşməsi mümkünsüzdür", deyə ekspert bildirib.
 


Fuad İbrahimov bildirib ki, adıçəkilən layihə Hindistan-İran-Türkiyə üzərindən keçərsə, bu Dehli üçün əlverişli ola bilər:

"Amma Ermənistan üzərindən keçirilməsi layihəyə artıq baryer yaratmaq deməkdir. Lakin onun Çinin təklif etdiyi dəhlizə qarşı yönəldiyini demək də düzgün deyil. Çünki Hindistanın özünün də kifayət qədər məhsulları var və onu istədiyi yolla çıxara bilər. Çin Avropanın ən strateji ticarət partnyorudur. 2023-cü ildə onlar arasında ticarət dövriyyəsi 750 milyard avrodan çox olub. Digər tərəfdən, "Bir kəmər, bir yol" layihəsi artıq işlək vəziyyətdədir. Praktiki olaraq Çexiyadan Çinə yüklərin daşınması iki həftə ərzində reallaşır. Hindistanın təklif etdiyi yol isə əlverişsiz, iqtisadi cəhətdən səmərəsiz uğursuz layihədir". 

Qeyd edək ki, Hindistan qarşıdakı 10 il ərzində Çabahar limanını idarə etmək üçün İranla müqavilə imzalamağa hazırlaşır. "The Economic Times"in məlumatına görə, sənəd mayın 13-də imzalanmalıdır. İddialara görə bu layihə Çinin "Bir kəmər, bir yol" layihəsinə rəqabət məqsədilə yaradılır. Özü də gələcəkdə Çabahar layihəsi Şimal-Cənub dəhlizinə birləşdiriləcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->