Dünya 11:14 18.07.2018

Hindistanda 6 mərtəbəli bina çökdü: dağıntılar altında azı 50 nəfər var

Hindistanın paytaxtı Yeni Delhidə 6 mərtəbəli bina çöküb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, tikilməkdə olan binanın dağıntıları altından 2 nəfərin cəsədi çıxarılıb, daha 50 nəfərin qaldığı bildirilir. 

Qəzaya uzun müddətdir davam edən musson yağışlarının səbəb olması ehtimallar arasındadır.

Gülşən