Dünya 13:59 18.01.2020

Hindistanda xoruz tamaşaçını bıçaqlayıb, öldürdü

Hindistanda qadağan olmasına baxmayaraq keçirilən xoruz döyüşlərində bir nəfər ölüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Pradeş əyalətinin Praqadavaram kəndində baş verib. Sahibi rəqibinə daha çox zərər versin deyə xoruzun ayağına ülgüc qədər iti bıçaq bağlayıb, lakin xoruz rəqibinə deyil tamaşaçılara hücum çəkib. Bu zaman 55 yaşlı bir şəxs qarnından ciddi yara alaraq, hadisə yerindəcə keçinib.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılıb.
 
Camal