Foto 14:56 16.12.2017

Hindistanlı ata-ananın "skandinaviyalı" qızı (FOTOLAR)

Hindistanın Mumbay şəhərində Pooja Ganatra adlı şəxs ailə üzvlərindən çox fərqli görünüşü ilə seçilir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Ganatra qızılı saçları, bəyaz dərisi və rəngli gözləri ilə Hindistan əhalisi və valideynlərindən fərqlənir, daha çox skandinaviyalılara bənzəyir.
 
Öz ölkəsində özünü yad hiss etdiyini bildirən 24 yaşlı qadın görünüşündəki fərqin səbəbini öyrənmək üçün DNT analizi etdirmək istədiyini deyir. O bildirir ki, küçədə onu tez-tez xarici vətəndaş sananlar olur və vəziyyəti izah etmək məcburiyyətində qalır.

Gülşən