Dünya 11:22 18.06.2018

Hollandiyada sürücü avtobusu izdihamın üstünə sürdü: 1 ölü, 3 yaralı

Hollandiyada avtobus sürücüsü maşını izdihamın üzərinə sürüb.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, hadisə musiqi festivalında müğənni Bruno Marsın konsertindən sonra baş verib. Ölkənin cənubunda yerləşən Limburqda baş verən hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qəza yerinə helikopter, təcili tibbi yardım qrupları və polis cəlb edilib.

Hadisənin baş vermə motivi araşdırılır.

Gülşən