Xəbər lenti

Hollivudun ən yüksək maaş alan aktrisası etiraz aksiyasına qoşuldu
Dünya 18:03 14.09.2023

Hollivudun ən yüksək maaş alan aktrisası etiraz aksiyasına qoşuldu

2023-cü ildə Hollivudun ən yüksək maaş alan aktrisası olan Marqot Robbi ABŞ Aktyorlar və Yazıçılar Gildiyasının piketinə qoşulub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Indie Wire" məlumat yayıb.

"Marqot Robbi Los-Ancelesdəki SAG-AFTRA piketinə qatılıb", deyə xəbərdə bildirilir.

O, aksiyaya aktyorları dəstəkləyən pankartla gəlib və əynində ağ rəngli köynək olub.

İyulun 13-də SAG-AFTRA həmkarlar ittifaqı yeni üç illik müqavilənin şərtləri - əmək haqqının artırılması və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı istehsalçılarla razılaşa bilmədiyi üçün tətilə çıxıb. Bundan sonra studiyalar bir neçə layihənin icrasını dayandırıb.

Aktyorlar Gildiyasını Leonardo Di Kaprio, Corc Kluni, Culiya Roberts, Nikol Kidman, Hyu Cekman, Rayan Reynolds, Ben Afflek, Mett Deymon, Arnold Şvartsenegger, Meril Strip və Opra Uinfri də daxil olmaqla bir çox Hollivud ulduzları dəstəkləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->