Foto 18:54 16.02.2018

Hülya Avşar: "Sibel Canın saçlarını yolmaq istəyirdim" (FOTOLAR)

Türkiyəli müğənni Hülya Avşar aparıcılıq etdiyi "Bir Hülya Avşar Sohbeti" adlı proqramda yeni etiraflarla gündəmə damğa vuracaq.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni Muazzez Abacının qonaq olduğu proqramın yayılan fraqmentində Hülya Avşar İbrahim TatlısesSibel Can barədə danışır. O, illər əvvəl baş vermiş hadisəni belə şərh edib: 

"İzmirdə Tatlıseslə səhnəyə çıxacaqdıq. Afişalar yayımlanmışdı. Amma İbrahim Tatlıses məni komandadan çıxartdı və yerimə Sibel Canı gətirdi. Çox məyus olub, çox ağlamışdım. Sibel Canın saçlarını yolmaq istəyirdim. Köməyimə Muazzez Abacı çatdı və məni komandasına daxil etdi".

Qeyd edək ki, Sibel Can o dövrdə Fəxrəddin Aslanın sahib olduğu Maksim kazinosunda çıxış edirdi. Hülya Avşara əsəbləşən Tatlıses Aslana zəng edərək Sibel Canın göndərilməsini tələb edib və bildirib ki, istədiyi baş verməsə, bir daha Fəxrəddin Aslanın sahibi olduğu heç bir kazinoda çıxış etməyəcək.

Ülkər