Dünya 13:10 12.06.2019

Husilərdən Səudiyyəyə növbəti raket hücumu: azı 26 yaralı var

Husilər Səudiyyə Ərəbistanındakı Abha Beynəlxalq Hava Limanına raket hücumu edib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, raket 26 nəfərin yaralanması ilə nəticələnib.

Qeyd edək ki, İranın dəstək verdiyi Husilər Yəməndə vətəndaş müharibəsində iştirak edən tərəflərdən biridir.

Gülşən