Xəbər lenti

İdman 19:35 05.04.2018

İbrahimoviç 100 milyonluq təklifdən imtina etdi

"Mançester Yunayted"dən ayrılaraq ABŞ-ın "Los Anceles Qalaksi" klubu ilə müqavilə bağlayan Zlatan İbrahimoviçlə bağlı daha bir xəbər yayılıb.

Qaynarinfo xəbər verir ki, "Sports Illustrated" jurnalı isveçli ulduzun Çindən gələn fantastik təklifi qəbul etmədiyi iddia olunur. Bildirilir ki, Çinin Super Liqa klublarından biri İbrahimoviçə 2 illik müqavilə üçün 100 milyon dollar təklif edib.

Bu təklifi rədd edən Zlatan ABŞ klubu ilə illik 1 milyon 250 min avroluq müqavilə bağlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->