Dünya 17:00 12.08.2018

İdlibdə partlayış: 32 ölü, 45 yaralı

Suriyanın İdlib şəhərinin Sərmada ərazisində güclü partlayış meydana gəlib.

Qaynarinfo xəbər verir ki, 6 mərtəbəli binanın yıxılmasına səbəb olan partlayış 32 nəfərin həyatına son qoyub, 45 nəfər yaralanıb. Axtarış-xilasetmə tədbirlərində 13 mülki vətəndaş qurtarılıb. Proses hələ də davam etdirilir.

Gülşən