İdman 18:54 10.08.2018

İki atletimiz Avropa çempionatının finalında

Azərbaycan atletləri - Nazim Babayev Aleksis Kopello Almaniyanın paytaxtı Berlində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıblar.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hər iki idmançı üçtəkanla uzunluğa tullanma yarışında finala yüksəliblər. Kopello ən yaxşı - 16,82 metr göstərici ilə bütün rəqiblərini geridə qoyub. Babayev isə 16,54 metr nəticə ilə 9-cu olub və həlledici mərhələyə adlayıb.

Qeyd edək ki, üçtəkanla tullanma yarışının finalı avqustun 12-də təşkil olunacaq.