Tunisdə iki sərnişin qatarı toqquşub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən gecə radələrində baş verib.
 
Qəza nəticəsində qatarın maşinisti ölüb, 60 nəfər sərnişin isə yaralanıb.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.