Xəbər lenti

İki türk dövlətinin kollecləri memorandum imzaladı (FOTO)
Foto 13:57 21.05.2024

İki türk dövlətinin kollecləri memorandum imzaladı (FOTO)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollec və T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Qaynarinfo xəbər verir ki, Memorandumu hər iki tərəfin direktorları - musiqişünas Nərmin Qaralova və Kurmancan Adılbekova imzalayıb.

Sənəddə iki türkdilli ölkə arasında birgə yaradıcılıq layihələrinin, elmi-praktiki, elmi-metodiki konfransların, seminarların, ustad dərslərinin, dəyirmi masaların və qastrol səfərlərinin, konkret əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində ADMİU nəzdində Humanitar Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Nərmin Qaralova bildirib ki, bu cür əməkdaşlıqlar ölkələrimizin mədəniyyət və incəsənətinin inkişafı, iki ölkə arasında təbliği baxımından mühüm əhəmiyyət kəsb edir:

"Bu imza sənəd üzərində qalmayacaq və kolleclərimiz arasında yaradıcı heyətlərin təcrübə mübadiləsinin təşkili hər zaman öz sözünü deyəcək".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->