Video 18:27 10.11.2017

İlan insanları dağıntılar altından xilas edəcək (VİDEO)

ABŞ-ın Stanford Universitetinin bir qrup tədqiqatçısı təbii fəlakət zonalarında istifadə edilə biləcək robot yaradıblar.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ilana oxşayan, böyüyən və uzana bilən robot dağıntılar altında qalanları müəyyənləşdirmək üçün istifadə ediləcək. Robotun əsas məqsədi girilməsi mümkün olmayan yerlərə daxil olmaq, dağıntılar altındakı insanlara su, ərzaq daşımaqdır. İlan robotun ucunda kamera yerləşdirilib və o ən kiçik yerlərdən də rahatlıqda keçə bilir.

Ucuz plastik materialdan istifadə edilərək hazırlanan robot 100 kq ağırlığı qaldıra bilir. Bu cihazın gələcəkdə daha davamlı materialdan istifadə edilərək istehsal ediləcəyi gözlənilir.

Gülşən
Qaynarinfo.Az