Ekonomiks 18:30 03.03.2018

İlham Əliyev bu sahələrdə maaşları artırdı (SƏRƏNCAM)

Prezident İlham Əliyev maaşların artırılması ilə bağlı sərəncam imzalayıb. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı aşağıda göstərilən sahələrdə çalışanların maaşlarını martın 1-dən 10 faiz artırıb:

- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;
- Heydər Əliyev Mərkəzi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi;
- "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
- Azərbaycanda Atatürk Mərkəzi;
- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
- Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu;
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
- Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilər;
- Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilər; 
- Mənzil-kommunal, nəqliyyat və rabitə sahələrində çalışan işçilər;
- Meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilər.