Ekonomiks 20:21 02.09.2013

İlham Əliyev kreditlərə dair sazişi təsdiq etdi

Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il iyunun 18-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan alınacaq kreditlərə dair Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətini xəbərdar etmək tapşırılıb.

Qaynar.info