Texnologiya 18:10 10.03.2018

İlon Maskın sürətli kapsulaları

Amerikalı mühəndis İlon Maskın "Boring Company" şirkəti sürətli metro ideyası ilə nəqliyyatdakı sıxlığı azaltmağı, insanların sürətli daşınmasını hədəfləyirdi.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, şirkətin növbəti layihəsi sürətli şəxsi kapsulalardır. Sürətli ictimai nəqliyyat üçün tunel işlərinə start verən şirkət sürətli şəxsi nəqliyyat kapsulaları üçün də yer istəyir. Bu vasitələrin sürəti saatda 150 km-ə çatır.

Tıxacın qarşısını almağı hədəfləyən şirkətin bir-birinə təzadlı iki layihəsi birmənalı qarşılanmayıb. Sürətli şəxsi nəqliyyat vasitələri ideyasının yeraltı tunellərdə də tıxaca səbəb ola biləcəyi irəli sürülən fikirlər arasındadır.

Gülşən