Ekonomiks 12:23 04.10.2018

Çin ABŞ-dan xam neft idxalını dayandırır

"China Merchants Energy Shipping" şirkətinin prezidenti Xie Chunlin ABŞ-dan Çinə edilən xam neft idxalının dayandırıldığını açıqlayıb.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, "Global Maritime Forum"un illik sammitində çıxış edən Chunlin prosesin rəhbəri olduğu şirkətə ciddi təsir göstərəcəyini və ABŞ-la Çin arasında davam edən ticarət müharibəsinin nəticəsi olduğunu deyib. 

Müharibənin gedişatında Çin soya lobyası təchizatında ABŞ-ı əvəzləyəcək ölkələr axtarır. Hazırda Çin ən çox soya idxalını Cənubi Amerikadan edir.

Qeyd edək ki, ABŞ və Çin arasında davam edən iqtisadi müharibə hər iki ölkənin idxal edilən məhsullara əlavə vergi rüsumu təyin etməsi, qadağa və məhdudiyyətlər təyin etməsi şəklində özünü göstərir.

Gülşən