Dünya 17:45 17.08.2018

Çin ABŞ-ı vurmağa hazırlaşır

Pentagon Çinin Sakit okeanda ABŞ-ı vurmağa hazırlaşdığını iddia edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Pentagonun ABŞ Konqresinə illik hesabatında bildirilir. Çin son illərdə müdafiə xərclərini artıraraq 190 milyard dollara çatdırıb və su üzərində həyata keçirdiyi hərbi təlim ərazilərini genişləndirib. Çinin hələlik münasibət göstərmədiyi hesabatda bu ölkənin Sakit okeanda və Quam adasında yerləşən ABŞ qüvvələri və müttəfiqlərini vurmaq potensialını artırdığı qeyd olunur. 

Çinin hərbi xərclərinin növbəti 10 il ərzində 240 milyard dollara çatması gözlənilir. 

Qeyd edək ki, Çinin Cənubi Çin Dənizində liderlik iddiası ABŞ, Çin, Bruney, Malaziya, Filippin, Tayvan, Vyetnamla gərginliyə səbəb olur. 

Gülşən