Foto 12:30 21.05.2018

Çinin bombardman təyyarələri Cənubi Çin dənizində (FOTOLAR)

Ötən həftə təyyarə gəmilərini təqdim edən Çin bombardman təyyarələrini mübahisəli Cənubi Çin dənizindəki adalara yerləşdirib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, aralarında "H-6K" da olan təyyarələr uçuş manevrləri həyata keçirib. Çinin bu addımı "müharibəyə hazırlıq" kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Pentagon sözçüsü Kristofer Loqan açıqlama verib. Loqan bu kimi addımların bölgədə gərginliyə səbəb olduğunu və sabitliyə təhlükə yaratdığı dilə gətirib. Filippin müxalifəti də Çinin bu addımına qarşı narazılığını bildirib, ölkə rəhbəri Rodriqo Duterte isə Çinin çox güclü olduğunu vurğulayıb. 

Qeyd edək ki, Vyetnam, Filippin, Tayvan və Malaziya kimi ölkələr də Cənubi Çin Dənizinə iddialıdır. Bölgədə ABŞ-ın da hərbi gəmiləri yer alıb. 

Gülşən