Video 09:44 13.12.2018

İndoneziya səfiri Azərbaycan mahnısı ifa etdi (VİDEO)

"İndoneziya Konstitusiyasında belə bir bənd var - azadlıq hər bir xalqın haqqıdır. Dünyada işğalçılığa son qoyulmalıdır. İndoneziya hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu KİV nümayəndələri ilə görüşü zamanı İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fənani bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.

Səfir həmçinin Azərbaycan mədəniyyətindən danışıb. O, Azərbaycana vurğun olduğunu bildirib və "Sarı gəlin”lə "Ey Əziz Anam Azərbaycan” mahnılarını ifa edib.

İndoneziyalı diplomat Azərbaycan mətbəxini çox bəyəndiyini də əlavə edib.