Dünya 18:15 11.10.2018

İndoneziyada 5 min nəfər itkindir

28 sentyabrda 7,5 bal gücündə zəlzələ ilə üzləşən İndoneziyada 5 min insan hələ də itkindir.

Qaynarinfo xəbər verir ki, zəlzələ və sonra baş verən sunami nəticəsində ölənlərin sayı 2 min nəfəri keçib. Sulavesi adasını vuran zəlzələdən 2 həftə keçsə də, axtarış-xilasetmə tədbirləri hələ də davam etdirilir.

Rəsmilər bundan sonra ölənlərin meyiti tapılsa da, onların şəxsiyyətini müəyyənləşdirməyin artıq qeyri-mümkün olduğunu deyir. Dağıntılar altında qalan cəsədlər yoluxucu xəstəliklərə səbəb ola bilər.

Gülşən