Dünya 10:25 22.01.2019

İndoneziyada 6,7 bal gücündə zəlzələ

İndoneziyada növbəti güclü zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, Sumba adasının 120 km cənub-qərbində Şərqi Nusa Tenqqara əyalətində baş verən zəlzələnin şiddəti 6,7 bal olub və yerin 10 km dərinliyində qeydə alınıb. 

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami xəbərdarlığı edilməyib.

Gülşən