“Mançester Yunayted"də hazırlıq zamanı komanda yoldaşı ilə toquşşaraq alnından yaralanan Ueyn Runi İngiltərə millisində iki oyunda forma geyə bilməyəcək. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ingilis hücumçunun "DÇ-2014"ün seçmə mərhələsində bu gün baş tutacaq Moldova ilə matçda və sentyabrın 11-i keçiriləcək Ukrayna ilə qarşılaşmada iştirak etməyəcək. Bu barədə İngiltərə millisinin məşqçisi Roy Hodsqon məlumat verib.
Qeyd edək ki, Runinin alnına üç tikiş vurulub.
Qaynar.info
Şərhlər