Dünya 14:24 11.08.2018

İngiltərədə hərbi zavodda partlayış

İngiltərənin Salzböri ərazisində yerləşən hərbi zavodda partlayış meydana gəlib.

Qaynarinfo Metro-ya istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Əraziyə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım qrupu cəlb edilib. Hadisə yerində 6 nəfər olub. Partlayışın detalları barədə məlumat verilmir. 

Qeyd edək ki, Salzböridə mart ayında sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripal "Noviçok" hərbi maddəsi ilə zəhərlənmiş, hadisə Rusiya və İngiltərə arasında böyük diplomatik böhrana səbəb olmuşdu. Ötən aylarda 2 İngiltərə vətəndaşının eyni maddə ilə zəhərlənməsi məsələni yenidən gündəmə gətirmiş və Rusiya ittiham edilmişdi.

Gülşən