Dünya 11:38 18.07.2018

İnqilab əleyhdarı 16 nəfərə ömürlük həbs cəzası verildi

Misirdə hərbi məhkəməyə çıxarılan 55 nəfərdən 18-i azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, həmin şəxslər ölkədə baş tutan hərbi çevrilişə qarşı çıxmaqda, dövlət idarələrinə hücumda, silahlı qruplaşma yaratmaqda ittiham edilir. Həbsə məhkum edilənlərdən 16-sı ömürlük, 2 nəfər isə 15 il müddətinə azadlıqdan məhrum edilib. Digər 37 nəfər isə sübut azlığından azadlığa buraxılıb.

Müsəlman Qardaşları Təşkilatının qabaqcıl şəxslərindən olan Məhəmməd Kamal barədə proses ölümü səbəbilə ləğv edilib. Kamalın 2016-cı ildə polis tərəfindən qətlə yetirildiyi güman edilir. 

Gülşən