Texnologiya 15:39 30.11.2017

İnsanları ağıllı telefon aslılığından qurtaracaq kəşf

Ağıllı telefonlar həyatımızı xilas etmiş ola bilər. Ancaq bu telefonlar həqiqi mənada asılılıq yaradır. Ağıllı telefonları yanında olmadan yaşamaq bir çoxları üçün hətta mümkünsüzdür. 
 
Qaynarinfo xəbər verir ki, bütün üstünlüklərinə baxmayaraq, bu telefonların mənfiləri həddindən çoxdur. Və bunu əksəriyyətimiz bilirik. 

Bu məqsədlə avstraliyalı dizayner Klemens Şkilinger yeni bir telefon kəşf edib ki, bu telefon ağıllı telefonlara olan asılılığı minimuma endirməyə kömək edir. 
 
Telefon "Substitute Phone” adlanır. Tam olaraq telefon kimi dizayn edilən cihazın üzərində iri toplar var. Toplar POM plastikdən hazırlanıb. Bu toplar sensorlu monitorlara olan bağımlılıqdan xilas olmağa kömək edəcək. Telefonun yaradıcısı telefona olan marağımızı bu toplarla oynayaraq, onları çevirərək öldürə biləcəyimizi iddia edir. 
 
Vyanalı dizaynerin 5 fərqli modeldə istehsal etməyi planlaşdırdığı telefonda heç bir elektronik hissə yoxdur. Sözdə qulağa xoş gələn dizayn təcrübədə nə dərəcədə işə yarayacaq hər kəsə şübhəlidir. 
 
Nərmin Həsənli