Ölkə 17:10 16.11.2019

İnterpolun yeni rəisi kollektivə təqdim olundu

Bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək qurumun yeni rəisi polis polkovniki Əlaslan Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, V.Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.