Texnologiya 16:32 12.05.2018

İran Azərbaycana haker hücumları edib?

ABŞ İranla nüvə razılaşmasından çıxdıqdan sonra qarşı tərəfdən kiber hücumların çoxalmasını gözləyir.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times” qəzeti məlumat yayıb. 

Qəzetin bildirdiyi kimi ABŞ prezidenti Donald Trampın bəyanatından sonra "CrowdStrike” şirkətinin ekspertləri öz müştərilərini İran tərəfdən kiber aktivliyin artdığı ilə bağlı xəbərdar edib. Bu şirkət kiber təhlükəsizlik istiqamətində xüsusiləşmiş bir şirkətdir. 

Ekspertlərin bildirdiyi kimi İran hakerləri ABŞ və onun müttəfiqlərinin diplomatlarının elektron ünvanlarına içərisində zərərverici kodlar olan məktublar göndərib. 

Həmçinin şirkətin əməkdaşları həmin hakerlərin telekomunnikasiya şirkətlərinin kompüterlərinə hücumları artırdıqlarını da qeyd ediblər.

Qəzet bildirir ki, razılaşmanın əldə olunmasından sonra İran hakerləri əsasən öz qonşu ölkələrə haker hücumları (konkret ad çəkilmir, Azərbaycan da İranla sərhəddir – red) ediblər.