Ekonomiks 11:08 23.04.2013

İran Dünya Bankından kredit istədi

İranın iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyni Dünya Bankından İrana asan kredit verilməsini istəyib. 

Qaynar.info-nun Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının keçirdiyi forumda Dünya Bankının sədr müavini Andersonla görüşən nazir şəhərlərarası yolların təhlükəsizliyi, böyük şəhərlərdə havanın çirklənməsi ilə mübarizə və təcrübələr məsələsində Dünya Bankının verdiyi kreditlərdən İranın da yararlanmaq istədiyini bildirib. 

Şəmsəddin Hüseyni İrana veriləcək kreditlərin siyasi ölçüdən uzaq olmasını istədiklərini söyləyib. 

Qaynar.info