Dünya 12:59 21.11.2017

İran İŞİD-in məğlubiyyətini qeyd edir

İran Suriya və İraqda məğlubiyyətə uğrayaraq əlindəki əraziləri tamamilə itirən İŞİD-in məhv olmasını qeyd edir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, prezident Həsən Ruhani dövlət televiziyasında İŞİD-in məhv olduğunu açıqlayıb.
 
"İranın Yaxın Şərqdəki qılıncı" hesab edilən İran İnqilab Keşikçilərinin Qüds komandiri Qasım Süleymani bu münasibətlə ölkənin dini lideri Ayətulla Xomeynini təbrik edib. Süleymani son dövrlərdə Livanda güclənən Hizbullah təşkilatına da bu qələbədə, Suriyadakı proseslərdə iştirakına görə təbrik mesajı göndərib.

Gülşən
Qaynarinfo.Az