Xəbər lenti

Dünya 16:28 19.04.2024

İran İsrailin hücumundan sonra dərhal cavab verəcəkmi? - "Reuters"

İran aprelin 19-da İsrailin hücumundan sonra "dərhal cavab vermək” niyyətində deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” yüksək rütbəli iranlı məmura istinadən yazıb.

Rəsmi olaraq İsrail hakimiyyəti İrana hücumu şərh etmir. Agentlik yazır ki, Tehran da öz növbəsində hücumlara "təmkinlə” reaksiya verib. Xüsusilə yüksək rütbəli İran rəsmisi hücumun arxasında İsrailin olub-olmadığını sual edib.

"Hadisənin xarici mənbəsi təsdiqlənməyib. Biz heç bir kənar hücuma məruz qalmamışıq və müzakirə hücumdan daha çox infiltrasiyaya (müdaxilə - red.) meyillidir”, - deyə anonimlik şərti ilə danışan rəsmi bildirib.

Əksər rəsmi şərhlərdə və mediada İsraildən bəhs edilməyib. Reuters xəbər verir ki, İran dövlət televiziyası analitiklərə və ekspertlərə istinad edərək bunun ciddi hal olmadığını bildirib. Bir analitik, HHM-nin İsfahan üzərində üç pilotsuz uçuş aparatının vurduğunu bildirib.

Ordunun yüksək rütbəli komandiri Siyavoş Mihandust hava hücumundan müdafiə sisteminin "şübhəli obyekt” üzərində işlədiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl İran prezidenti İbrahim Rəisi İsrailə xəbərdarlıq edib ki, İran İsrailin istənilən hücumuna "sərt cavab” verəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->