Dünya 11:54 07.02.2019

İran kosmosa peyk göndərdi

ABŞ-ın etirazlarına baxmayaraq İran 2-ci dəfə kosmosa peyk göndərib.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın "DigitalGlobe" şirkəti bu barədə iddia irəli sürüb. Ötən günlərdə çəkilən peyk fotolarında raketin yerində olmadığı və platformada yanıq izləri görünür. 

ABŞ İranın peyk fəaliyyətinin ballistik raket proqramının tərkib hissəsi olduğunu iddia edir. İran 15 yanvarda "Peyam" peykini kosmosa göndərmiş, lakin bu cəhd uğursuzluqla nəticələnmişdi.

Gülşən