Dünya 12:54 27.06.2013

İran Rusiyaya hərbi gəmilər göndərdi

İran Rusiyanın Həştərxan limanına hərbi gəmilər göndərib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, bunda məqsəd iki ölkənin hərbi-dəniz qüvvələri arasında əlaqələri daha da sıxlaşdırmaqdır: “Rusiya limanına “Peykan” və “Covşən” raketatan hərbi gəmiləri göndərilib. Dənizin təhlükəsizliyini qorumaq, təlim, dəniz əlaqələri və texniki sahələrdə güclərimizi artıracağımıza ümid edirik”.

Qaynar.info