Dünya 15:28 18.07.2019

İran xarici ölkəyə məxsus yanacaq tankerini ələ keçirib

İran Fars körfəzində yanacaqla dolu tankeri saxlayıb.

Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Bazar günü saxlanılan tankerdə bir milyon litr yanacaq var.

İki gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən yola düşən tankerin radardan itdiyi barədə xəbər yayılmışdı.

Qeyd edək ki, ötən həftələrdə İngiltərə İrana məxsus neft tankerini Cəbəllüttariq boğazında saxlamış, rəsmi Tehrana bu addıma cavab verəcəyini bəyan etmişdi.

Gülşən