Dünya 18:01 07.02.2019

İranda 50 min nəfər əfv ediləcək

İranda 50 min məhkumun adı əfv siyahısına düşəcək.

Qaynarinfo xəbər verir ki, İranın dini lideri Ayətulla Əli Xameney İslam inqilabının 40 illiyi münasibətilə qəbul edilən qərarı elan edib. Dəqiq say verilməsə də, təxminən 50 min nəfərin əfv ediləcəyi gözlənilir. Azadlığa çıxacaq şəxslər arasında yüzlərlə siyasi məhkum olacaq.

Gülşən