Dünya 11:01 28.01.2020

İranda dəhşətli qəza: çox sayda ölü və yaralı var

İranda ağır yol qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, İsfahandan Şiraz istiqamətində hərəkət edən sərnişin avtobusu Mübarəkə şəhərində qəzaya düşüb. Sürücüsü idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan 17 nəfərinin vəziyyəti ağırdır.