Dünya 15:18 23.12.2017

İranda Çillə gecəsi: 230 nəfər həbs olundu

İranda əxlaq polisi Çillə gecəsini qeyd edən 230 nəfər kişi və qadını həbs eləyib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Tehranın baş əxlaq polisi Zülfüqar Barfar həbs edilənlərin içki içdiyinini bildirib. Əvvəllər İranda spirtli içkidən istifadəyə görə 80 qamçı cəzası verilirdi, hazır bu cəza pul ilə əvəzlənib.

Barfar Çillə əyləncə gecəsindən çəkilən fotoların "Instagram"da paylaşıldığını və həbs edilənlər arasında 2 müğənninin də olduğunu deyib.

Qeyd edək ki, İranda Çillə gecəsi qədimdən bəri xüsusi təntənə ilə keçirilir. İnsanlar gecələrin qısalıb gündüzlərin uzanmasını bayram edirlər.

Gülşən