Dünya 19:31 07.09.2013

İranın Heratdakı konsulluğuna hücum, ölən var

Bu gün İranın Əfqanıstanın qərbində yerləşən Herat şəhərindəki konsulluğunun binası hücuma məruz qalıb.

APA-nın "Press TV”-yə istinadən verdiyi məlumata görə, nəticədə ən azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hələlik hücum faktı barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, 2012-ci ilin dekabrında İranın Heratdakı konsulluğu hücuma məruz qalıb, nəticədə diplomatik korpus bir müddət bağlanıb.

Qaynar.info