Diplomatın terrorçular tərəfindən oğurlandığı bildirilir
Yəməndə İran səfirliyinin əməkdaşı itkin düşüb. Anspress-in İtar-Tass agentliyinə istinadən xəbər verir ki, diplomat bu gün Hada şəhərinin cənub hissəsində yerləşən səfirlik binasından çıxmaq istəyərkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb. Onlar səfirlik əməkdaşını girov götürərək naməlum istiqamətdə aparıblar.
Şahidlərin sözlərinə görə, diplomatı “Əl-Qaidə” qruplaşmasının üzvləri oğurlayıb.
Yəmən polisinin adının çəkilməsini istəməyən əməkdaşı yerli mətbuata bildirib ki, hüquq-mühafizə orqanları cinayətkarların izinə düşərək, diplomatınn saxlandığı yeri təsbit etməyə çalışır.
Şərhlər