Dünya 11:24 13.11.2017

Zəlzələdən sonra böyük fəlakət: minlərlə insanın həyatı təhlükədə

Şimali İraqda baş verən 7,3 bal gücündə zəlzələdən sonra Dərbəndixan su anbarında böyük təhlükə yaranıb. "Qaynarinfo" xəbər verir ki, su anbarının ətrafında yerləşən yaşayış məntəqələrindən əhalinin köçürülməsi barədə qərar qəbul edilib.

İraq Kürd Bölgə İdarəsi kənd təsərrüfatı və su mənbələri naziri Əbdülsəttar Məcid yazılı açıqlama ilə çıxış edərək Süleymaniyyədəki anbarda çatların yarandığını və zərərin miqyasını müəyyənləşdirmək üçün çalışmaların başladığını bildirib. 

Məcid təhlükənin və ehtimal edilən fəlakətin qarşısının alınması üçün anbara yaxın yerlərdə yaşayan sakinlərə bölgədən uzaqlaşmaq barədə müraciət edib.

Gülşən
Qaynarinfo.Az