Dünya 19:36 12.02.2018

İraqın yenidən inşası 88 milyon dollara başa gələcək

İraq hökuməti İŞİD-lə münaqişənin ölkədə böyük dağıntılara səbəb olduğunu, dağılan binaların yenidən inşası üçün 88,2 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Küveytdə təşkil olunan bir konfransda çıxış edən İraq Planlaşdırma Nazirliyinin müşaviri Quzey Əbdülfəttah bərpa işlərinə başlanılması üçün ilkin mərhələdə 22 milyard dollar, növbəti mərhələdə isə 65 milyard dollar lazımdır.

Əbdülfəttah xüsusilə tikinti sektorunun investisiya yatırılmasına ehtiyac duyulan sahədir.

İraqın ikinci ən böyük şəhəri Mosulda 11 min 500 evin dağıldığı 35 min evin isə qismən uçduğu qeydə alınıb.

İŞİD-lə mübarizələrin ən qızğın aparıldığı digər bir bölgə isə Fəllucə şəhəridir ki, burada da 40 mindən çox evin yarasız vəziyyətə düşdüyü bildirilir.