Dünya 19:32 14.01.2018

İrqçi hökümətə qarşı etiraz aksiyası

Avstriyanın paytaxtı Vyanada 60 mindən çox insan yeni hökümətin irqçi fəaliyyətinə qarşı etiraz aksiyası təşkil ediblər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2 saat davam edən yürüşdən sonra nümayişçilər Hofburq Sarayının qarşısına toplaşıblar. Polisin təhlükəsizlik tədbirləri təşkil etdiyi nümayişdə qeyri-hökümət təşkilatı "Asyl in Not" sədri Mixail Gennar miqrantlar barədə qəbul edilən hökümət qərarına etiraz etdiklərini dilə gətirib. O, "Vyanada sığınacaq üçün müraciət edən təxminən 13 min nəfər şəhərin müxtəlif yerlərində yaşayırlar. Hökümət bu şəxsləri zor tətbiq edərək müəyyənləşdirilmiş yerlərə köçürmək istəyir. Addımın səbəbi daha sonra onları ölkədən daha asan deportasiya etməkdir. Bu, konstitusiyaya zidd addımdır" deyərək radikal sağ qolu təmsil edən hökümətin irqçi addımlarını pisləyib.

Qeyd edək ki, Avstriyada son aylarda üstünlüyü əldə edən radikal sağ qolu təmsil edən hökümət müsəlman və miqrantlara qarşı tətbiq etdikləri sərt qanunlarla diqqəti cəlb edirlər. 

Gülşən