Siyasət 15:55 10.02.2018

İsa Qəmbər prezidentliyə namizəd olmadı

Müsavat Partiyasının lideri İsa Qəmbər aprelin 11-də keçiriləcək növbədənkənar seçkilərdə prezidentliyə namizəd olmayacaq.

Qaynarinfo xəbər verir ki, bununla bağlı qərar partiya Məclisinin bu gün keçirilmiş iclasında qəbul edilib.

Bu barədə məlumatı Müsavat başqanının müavini Yadigar Sadıqov sosial mediada yayıb.

Qeyd edək ki, İsa Qəmbər Müsavatın 2014-cü ilin sentyabrında keçirilmiş qurultayında partiyanın prezidentliyə namizədi elan olunmuşdu.