Dünya 17:41 23.02.2019

İŞİD cəlladı İraqda tutuldu

İŞİD terror təşkilatının edamlarını həyata keçirən cəllad Suriyadan İraqa keçmək istəyərkən təhlükəsizlik əməkdaşları tərəfindən tutulub.

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı İraq Kəşfiyyat İdarəsi məlumat yayıb. Həbs edilən terrorçunun tutulduğu ərazi və onun şəxsiyyəti barədə informasiya verilməyib. 

Qeyd edək ki, PKK-nın Suriya qolu YPG Suriyanın Firat çayı sahilində yerləşən və İŞİD terror təşkilatının nəzarətində olan Baqoz qəsəbəsini ələ keçirib. Ərazini tərk etmək məcburiyyətində qalan İŞİD üzvləri miqrant görkəmində İraqa daxil olaraq yeni təhlükəsizlik problemi yaradır.

Gülşən