Foto 12:48 17.06.2018

İspaniya Aralıq dənizindəki miqrant böhranına son qoydu (FOTOLAR)

İtaliya və Fransa arasında gərginliyə səbəb olan miqrantlar İspaniya sahillərinə çıxıb.

Qaynarinfo xəbər verir ki, miqrantların bir müddət qaldığı və sahilə çıxa bilmədiyi "Aquarius" gəmisindən digər gəmilərə köçürülən 600-dən çox miqrant İspaniya höküməti tərəfindən qəbul edilib. Miqrantlar Valensiya şəhərinə daxil olub, həkimlər və tərcüməçilər tərəfindən qarşılanıblar. Onlar arsında 123 valideynsiz uşaq, 11 körpə və 7 hamilə qadın da var. 

Qeyd edək ki, "Aquarius" gəmisi İtaliya və Malta limanları bağlayandan sonra Aralıq dənizində qalmış, Fransa buna görə İtaliyanı tənqid etmişdi. 

İtaliyada yeni hakimiyyətə gələn radikal sağ cinahın nümayəndəsi baş nazir Matteo Salvini anti-miqrant siyasəti ilə diqqəti çəkir. O, Maltanın Afrikaya daha yaxın olduğunu deyərək bu ölkənin qapılarını miqrantlara bağlamasını tənqid edir.

Gülşən